İnterpress.az “Lenta Ru”ya istinadən xəbər verir ki, Yaponiya səfərindən məmləkəti Davaoya dönən Filippin lideri uçuş zamanı bir səs duyub.
“Mən Allahın səsini duydum, o mənə ultimatum irəli sürərək bildirdi ki, ya sən söyüş söyməyi dayandıracaqsan, ya da bu dəqiqə təyyarədə qəza baş verəcək və sən öləcəksən. Mən ona artıq söyüş söyməyəcəyimə söz verdim”-deyə Dutertə bildirib.
Xatırladaq ki, Duterte dəfələrlə ictimai çıxışları zamanı sərt və təhqiramiz söyüşlər ifadə edib.
İnterpress.az