“Rusiya və İran Ermənistana təzyiqi artırsın”backend

“Rusiya və İran Ermənistana təzyiqi artırsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir:
“Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.

Deputat Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər:

“Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik.

Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

Gülşanə Mustafayeva
İnterpress.az