İnterpress.az xəbər verir ki, bunu Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, əlavə edib ki, hazırda ölkədə Bakı Dövlət Universiteti, eləcə də İslam Universiteti ilahiyyatçı kadrlar hazırlayır: “Biz öz mütəxəsislərimizdən istifadə etməliyik və bu vacib məsələdir. Eyni zamanda qeyd edim ki, xaricdə təhsil almaq məsələsi də gündəliyimizdə var”.
Gülşanə Mustafayeva
İnterpress.az