İnterpress.az xəbər verir ki, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Elektroenergetika haqqında”, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara eyni məzmunda dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən, hər qanuna uyğun olaraq, dini ekstremizm əleyhinə əməliyyat zamanı əməliyyat aparan orqan tərəfindən müvafiq qərarlar veriləcək və həmin qərara uyğun addımlar atılacaq.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, KİV-in əməliyyatla bağlı məlumatı əməliyyat aparan orqan tərəfindən verilən icazə ilə yayması mətbuat azadlığını məhdudlaşdırır: “Bunun başqa formasını tapmaq olardı”.
Müzakirələrdən sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
İnterprress.az