İnterpress.az “Haberler”ə istinadən xəbər verir ki, ziyarətçilər Yuxarı Avstriyada yerləşən Adolf Hitlerin evini son dəfə görmək üçün axın ediblər. Hitlerdən heç bir xatirə qamasını istəməyən insanlarla yanaşı, evin sökülməsinə etiraz edənlər də az deyil. Belə ki, bu evin tarixi daima xatırladan bir ünsür olduğunu söyləyən ziyarətçilər evin dağıdılmasını istəmirlər.
Avstriya daxili işlər naziri isə evin söküləcyini bildirib. Hitlerin üç yaşına qədər yaşadığı evin taleyi Avstriya parlamentində müzakirə ilə həll ediləcək.
İnterpress.az