Amansız müharibə… – VİDEObackend

Amansız müharibə… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, Suriyanın Hələb şəhərində məktəbdə törədilən terror aktı ilə bağlı BMT-nin Uşaq Fondunun susmasını çaşqınlıqla qarşılayıb. Bunu şöbənin rəsmi nümayəndəsi İqor Konasenkov bildirib.
Hadisə yerində “Vesti Ru”nun xüsusi müxbiri Aleksandr Kolçoba çəkiliş aparıb:
“Terror aktında ağır yaralananlar var, üç məktəbli öldürülüb, altıdan çox uşaq yaralanıb.
Bu qadının səkkiz yaşlı uşağı həyatını itirdi. Ondan bir metr aralıqda partlayıb. Acınacaqlı odur ki, məktəb dərs zamanı partladıldı. Atəşlər hələ də davam edir. Müəllim heyəti, məktəblilər polis tərəfindən mümkün qədər sürətlə evakuasiya edilir.
Bombalar bir-birinin ardınca düşürdü. Şagirdlər birinci mərtəbəsində sinif otaqlarına endirilib. Təlaş içində valideylər məktəbə girməyə çalışır.
Bir kişi məktəbin pillərini qalxaraq : “Yalvarıram, yalvarıram deyin mənim övladım hardadır deyə ağlayır. Uşağın harda olması məlum deyil. Ata huşunu itirir.
Bir qadının qızı itib. Sinif otaqlarında o görünmür. Ananı sakitləşdirirlər: “Ona heçnə olmayıb, sadəcə burnundan qan gəlirdi. Mən onu səxsən təcili yardıma təhvil verdim”- bu sözləri qızın yoldaşı söyləyir.
Bombardman zamanı 3-cü sinif şagirdi Fadi imla yazırmış: “Mən bombanın necə uçduğunu və necə partladığını gözlərimlə gördüm. Düşündüm ki hamı öldü”.
Uşaqları məktəbdən maksimal sürətlə çıxardırlar, daş hasarların yanından keçirirlər. Bu daha təhlükəlidir.
“Bu rayonda heç bir dənə də hərbi hissə yoxdur. Burda yalnız məktəb fəaliyyət göstərir. Buna baxmayaraq, terroristlər məhz buranı bombardman etdilər, özü də dərs keçirilən zaman.”- bunu Hələbin baş polis rəisi Zuxer Said Aldin deyib.
“Yaralanları və ölən uşaqları Razi hospitalına çatdırdılar. Bu onların demokratiyasıdır, bu onların qəzəbidir. Onlar bu uşaqlara görə cəhənəmin alovunda yanacaqlar”- bunu məktəb müdiri söyləyir.

İnterpress.az