Ordusu olmayan ölkələr hansılardır?- SİYAHIbackend

Ordusu olmayan ölkələr hansılardır?- SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az həmin ölkələri təqdim edir:

İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Böyük Britaniya ilə hərbi təhlükəsizlik müqaviləsi olduğuna görə NATO-ya üzvdür.

Monako: 17-ci əsrdə silajh texnologiyasındakı böyük inkişafdan sonra ordusunu buraxıb. Lazımlı vəziyyətlərdə onu Fransa qoruyur.

Kosta Rika: Ölkənin 1969-cu il konstitusiyasına əsasən ölkədə ordunun olması qadağandır.

Andora: 1993-cü il imzalanan razılaşmaya görə ölkənin mühafizəsini İspaniya və Fransa təmin edir.

Mikroneziya: ABŞ tərəfindən qorunur.

Qrenada: 1983-cü ildə ABŞ işğalından sonra ölkədə ordu yoxdur. Sadəcə yerli mühafizə xidməti fəaliyyət göstərir.

Kribati: Kiçik ölkədə yalnız polis fəaliyyət göstərir. Ölkənin qorunması lazım olan hallarda Yeni Zellandiya və Avstraliyaya aiddir.

Lixtenşteyn: 1868-ci ildə xərcləri çox olduğu üçün ordu ləğv edilib. Təhlükə yarandlqda onu İsveçrə mühafizə edir.

Marşal adaları: ABŞ tərəfindən qorunur.

Nauru: Avstraliya lazımlı vəziyyətlərdə mühafizə edir.

Palau: Heç vaxt ordusu olmayıb. Ölkədə cəmi otuz hüquqşunas var. Cinayətin səviyyəsi olduqca aşağıdır. ABŞ tərəfindən qorunur.

Sent Lusia: Bu ada ölkəsini cəmi 116 nəfərlik polis təşkilatı qoruyur.

Vinsent və Qrenadines: İngilis ordusu ilə razılaşıb. Təhlükəsizliyi 94 nəfər təmin edir.

Samoa: 1962-ci ildə müstəqilliklərini qazandıqdan bəri ordusu yoxdur. Orduya ehtiyacı olarsa, Yemi Zellandiya müdaxilə edəcək.

Tuvaulu: 1978-ci ildə İngiltərədn ayrıldıqdan sonra ordusu olmayıb. Ölkədə sadəcə balaca bir polis təşkilatı var. (haberturk)

İnterpress.az