İnterpress.az xəbər verir ki, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə, Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
\”Azəravtoyol\” ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov \”Report\”a bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: \”Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar\”.
İnterpress.az