İnterpress.az xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində İraq Kürd Muxtar Vilayətinin Baş naziri Necirvan Bərzani söyləyib. O, müsahibəsi zamanı Almaniyaya İraq kürdlərinə “Milan” tank əleyhinə raketləri verdiyi üçün təşəkkür edib.
Qeyd edək ki, bundan öncə Almaniya İraq kürdlərinə hərbi yardım edəcəyini açıqlayıb. Almanlar sentyabrın sonu kürdlərə silah tədarük ediblər. Üstəlik, Berlin kürd əsgərlərinin müalicəsinin Almaniya xəstəxanalarında aparılacağını öz boynuna götürüb.
İnterpress.az