Tərtərdə idmançı aldığı travmadan həyatını itiribbackend

Tərtərdə idmançı aldığı travmadan həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın məlumatına görə, Tərtər şəhər sakini Cəhdi Cəlal Ramil oğlu bu gün ölüb. 15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.

Yaxınlarının APA-ya verdiyi xəbərə görə, C. Cəhdi 2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə keçib. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda keçinib.

İnterpress.az