Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
İnterpress.az