3 uşaq anasını əri boğaraq öldürübbackend

3 uşaq anasını əri boğaraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

İnterpress.az