İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Çiyni kəndində ümumi sahəsi 504 m2 olan tikilinin lambirdən ibarət tavanı 23 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi və yanğın həyəcanının yaşandığı bitişik məscid yanğından mühafizə olunub.
Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az