İnterpress.az “Haberturk”ə istinadən xəbər verir ki, İslandiyanın baş nazirinin lideri olduğu partiya dünənki seçkilərdə əvvəlkinə nisbətən səslərinin yarısını itiriblər. Seçkilərdən sonra açıqlama verən Conson, istefasına səbəb olaraq partiyaya dəstək olma bilmədiyni göstərib və yeni hökümət qurulana qədər səlahiyyətlərini davam etdirəcəyini bildirib. Onun partiyası parlamentdə cəmi 8 yer qazana bildiyi halda, hökümətin kiçik ortağı Azadlıq partiyası 21 yerə sahib olub.
Baş nazirin partiyasının isə bu qədər səs itirməsinin səbəbini bir çoxları, Consonun “vergi cənnəti” adlanana Panamada şirkət sahibi olması ilə əlaqələndirir. 54 yaşındakı baş nazir şirkətdən imtina edərək bu posta yiyələnmişdi, lakin bəzi sənədlərdə hələ də onun adının hallanması cəmiyyətdə baş nazirə qarşı inamasızlıq yaradıb.
İnterpress.az