DTX istintaq təcridxanasında monitorinq keçiribbackend

DTX istintaq təcridxanasında monitorinq keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az s İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov məlumatına əsasən xəbər verir ki, v DTX-nın təcridxanasındakı təqsirləndirilən şəxslərlə görüşərək, onların saxlanma şəraiti, qida və tibb təminatı ilə maraqlanıblar.

Komitə sədrinin sözlərinə görə, DTX-nın təcridxanasında saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu (dövlətə xəyanətdə suçlanır-red.) və digər təqsirləndirilənlər saxlanma şəraitindən və onlarla davranışlardan şikayətçi olmadıqlarını bildiriblər.

“Biz təcridxanaının yeməkxanasında, tibb məntəqəsində, idman zalında da olduq. Burada təqsirləndirilən şəxslər normal qidalarla, hətta meyvə şirələri və meyvə ilə də təmin olunurlar. Tibb məntəqəsində istifadəyə yararlı hər cür dərmanlar vardı, idman zalı üsə müasir avadanlıqlarla təchiz olunub. Təcridxana işlək televizorla təmin olunub”,- deyə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov vurğulayıb.

E.Həmidovun sözlərinə görə, monitorinq zamanı onu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mətbuat katibi Telman Mirzəyev müşayiət edib.

İnterpress.az