Dilqəm Əsgərovun səhhətinin yaxşı olmadığına dair – AÇIQLAMAbackend

Dilqəm Əsgərovun səhhətinin yaxşı olmadığına dair – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Şahbaz Quliyev ailəsinə yazdığı məktubunda Dilqəm Əsgərovun vəziyyətinin yaxşı olmadığı məlumatına münasibət bildirərkən deyib.

“Dağlıq Qarabağda saxlanılan şəxslərə məktublarında yalnız özləri barədə məlumat yazmağa icazə verilir. “Qırmızı Xaç məktubu”nun mənası budur. Məktub ondan ötrüdür ki, yaxını saxlanılan şəxs barədə məlumat alsın, ya da əmin olsun ki, məktub onun əli ilə yazılıb. Əsas məqsəd həmin şəxslə ailəsi arasında əlaqələrin saxlanılmasıdır. “Qırmızı Xaç məktubları”nın mənası budur. Ona görə də həmin məktubda ancaq və ancaq ailə məlumatı olur və qeyrisi barədə məlumatın yer almasına icazə verilmir”, -deyə əlavə edib.

Xatırladaq ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Gülşanə Mustafayeva
İnterpress.az