İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, üzərindən yüz ildən çox bir zaman keçməsinə baxmayaraq, Van Qoqun hansı səbəbə görə qulağını kəsdiyi hələ tam olaraq məlum olmayıb.
Məşhur rəssamın Provenceda keçirdiyi dövrə əsasən edilən yeni bir araşdırmaya görə, Van Qoq qulağını həyatındakı ən əhəmiyyətli bir şəxs ucbatından kəsib.
Araşdırmada, rəssamın qulağını qardaşı, sirdaşı və maliyyə dəstəkçisi Teonun ehtiraslı bir eşq yaşadığı və evlənməyə qərar verdiyi yazılan bir məktubdan sonra kəsdiyi iddia edilir.
Araşdırmaçı Martin Bailey bildirir ki, yeni kitabı “Studio of the Soutta” da 23 Dekabr 1888-ci ildə bazar günü Teodan gələn məktubda yer alan evlilik xəbəri məşhur hadisənin səbəbidir.
Baileyin iddiasına görə, Teonun məktubunda Van Qoqdan göndərilmiş 100 frank ilə birlikdə, Jo Bongerə daha əvvəl edilən evlilik təklifinin qəbul etdiyi xəbər verilib.
İnterpress.az