İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, ayı, 30 yaşlı Denis və Nellinin toy mərasimində iştirak edib. Onun boynuna hətta kəpənək belə taxılıb. Toy şənliyi sosial şəbəkələrdə o qədər səs-küyə səbəb olub ki, hətta bu barədə Britanıya mətbuatı da qeyd edib.
“Biz bilirdik ki, Stepan çox mehriban və yaxşı tərbiyə olunmuş bir ayıdır. Lakin yenə də qorxu hissi var idi. Bu arzumuzun reallaşdığı üçün çox xoşbəxtik”- deyə cütlük bildirib.
Qeyd olunur ki, ayı meşədə ovçular tərəfindən hələ 3 aylıq olanda tapılıb. Daha sonra o bazara gətirilib, elə o zaman onu sirkdə çalışan təlimçi Yuriy və Svetlana görərək götürüb saxlayıb. Hal-hazırda ayının 20 yaşı var və o əsl “artistdir”. Onun fəal və maraqlı həyatı var: o fotosesiyyalara çəkilir, sirk oyunlarında iştirak edir, kino və reklamlara çəkilir. Təlimçilərin dediklərinə görə, Stepan hamı ilə yola gedir və heç də aqressiv deyil.
İnterpress.az