İnterpress.az “Azvision”a istinadən xəbər verir ki, şəhid pilot 1978-ci ildə anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib.
Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Bu sahə üzrə çalışan Mİ-24 helikopterinin pilotu Urfan Vəlizadə bu ilin aprel ayında baş verən döyüşlərdə Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olub.
Qeyd edək ki, şəhid pilotumuz 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.
Şəhid pilotun iki qız övladı yadigar qalıb.
İnterpress.az