İnterpress.az “Hurrriyet”ə istinadən xəbər verir ki, İran prezidentinin köməkçisi bölgədə sabitliyin təmin olunması üçün Türkiyə və Səudiyyə Ərəbistanı danışıqlara hazır olduqlarını açıqlayıb. Əli Əkbər Salehi bu sözləri söyləyib: “ Okeanın o tayından gəlmiş güclərə ehtiyac duymadan, səmimi bir mühitdə regionun problemlərini müzakirə edə bilərik”.
Eyni zamanda İran Atom Enerjisi Qrumunun da sədri olan Salehi əlavə edib: “ Regionun iki böyük dövləti Türkiyə və Səudiyyə Ərəbistanı bölgədə böyük rol oynaya bilərlər. Bu rol, vəziyyəti gərginləşdirmək üçün yox, təhlükəsizliyin təmininə yönəlməlidir”.
İnterpress.az