İnterpress.az “Qazeta Ru”ya istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri, generalı Sergey Şoyqu açıqlama verib: “Rusiya gəmilərinin Aralıq dənizinə girişi Qərbdə ajiotaj yaradıb. Lakin məni, bəzi ayrı-ayrı ölkələrin mövqeyi çaşdırdı, onlar ABŞ və NATO təzyiqi altında bizim döyüş gəmilərimizin onların limanlara girişindən imtina etdi”.
Şoyqu fikrini belə davam etdirib: “Amma bu yanlış hərəkət Rusiya gəmilərin xarici limanlara olan marşrut istiqamətini dəyişməyib, biz lazımı yerlərə gedə bilirik və lazımı olan avadanlıqla təmin olunmuşuq. Düşünürəm ki, məhz bununla tərəfdaşlar Suriyada beynəlxalq terrorizmə qarşı mübarizədə öz töhfələrini anlayırlar”.
Müdafiə naziri fikirlərini bu sözlərlə tamamlayıb: “Qərb partnyorlarımız, kiminlə- terroristlərlə, yoxsa Rusiya ilə döyüşdüklərinə qərar versinlər. Şairlərimizdən birinin dediyi kimi, “eyni vaxtda müxtəlif qatarlarda oturmaq mümkün deyil\”. Bəlkə yadlarına salaq, deyəsən unudublar, minlərcə Belçika, Fransa, Misir, İraq və digər ölkələrin günahsız insanları terroristlər tərəfindən törədilən terror aktlarının qurbanı olub”.
İnterpress.az