Kılıçdaroğlu “Cümhuriyyət”in bağlanmasına etiraz etdi – FOTObackend

Kılıçdaroğlu “Cümhuriyyət”in bağlanmasına etiraz etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bunu müxalifət lideri Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu bildirib.
Xatırladaq ki, bu yaxınlarda İstanbul şəhər prokurorluğu bildirmişdi ki, “Cümhuriyyət” qəzətinin idarə heyəti, jurnalistlər və baş redaktor Murat Sabunçu həbs edilib. Verilən məlumata görə, saxlanılanlar FETÖ təşkilatçılığında və Türkiyənin Kürd Fəhlə Partiyasına (PKK) üzv olmaqda ittiham olunurlar.
“Axı nə edib bu jurnalistlər? Təyyarəyə minib haranısa bombardman ediblər? Guya onlar FETÖ və PKK-nın üzvüdürlər. Bu qəzet doğrunu yazır və azadlığı qoruyur, bu qəzetin Türkiyə respublikası qədər yaşı var, bu qəzetin adını Mustafa Kamal qoyub (Türkiyə Respublikasının banisi).
Bu qəzeti FETÖ və yaxud da PKK-ilə əlaqəndirən insanlar vicdansızdır. Türkiyədə hüquq, demokratiya və azadlıq deyilən bir şey yoxdur”- bunu Kılıçdaroğlu partiyasının parlament iclasında çıxış edərkən bildirib.

Kılıçdaroğlu “Cümhuriyyət”in bağlanmasına etiraz etdi - FOTO

Kılıçdaroğlu “Cümhuriyyət”in bağlanmasına etiraz etdi - FOTO

Kılıçdaroğlu “Cümhuriyyət”in bağlanmasına etiraz etdi - FOTO

İnterpress.az