İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada davam edən vətəndaş müharibəsinin qarşı-qarşıya gətirdiyi ABŞ və Rusiya arasında gərginlik artır. Rusiya, ABŞ gəmilərinin yerləşdirilməsi üçün imkan yaradan Norveçə xəbərdarlıq edib. “TV2”-də çıxış edən Rusiya Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Frans Klinsevitsj bildirib ki, norveçlilər ABŞ əsgərlərinin ölkədəki varlığından çox əzab çəkəcək. O, fikrini bu sözlərlə davam etdirib: “Bu Norveç və norveçlilər üçün çox təhlükəlidir. Buna necə reaksiya verməliyik? Daha əvvəl Norveçi heç vaxt stateji silahlarımızın hədəf siyahısına salmamışdıq. Norveçlilər bunun əziyyətini çəkəcək”.
Norveçin müdafiə naziri İne Eriksen Soreyde isə Rusiyanın bu cür reaksiya verməsi üçün heç bir səbəb olmaığını söyləyib. Müdafiə Naziri qeyd edib: “Rusiyanın belə reaksiya verməsi üçün səbəb yoxdur, amma ruslar NATO ölkələrinin demək olar ki hər addımına bu şəkildə reaksiya verir.
İnterpress.az