Artıq bir neçə gündür ki, Bakıda və regionlarda qeyri-sabit hava şəraiti hökm sürür. Baxmayaraq ki, Ekologiya və Təbii Sərvtlər Nazirliyi aylıq hava şəraiti ilə bağlı məlumatı əvvəlcədən verir. Amma ötən günlərdəki qeyri-sabit hava şəraitində demək olar ki, istər Bakıda istərsə də regionlarda nəqliyyatın hərəkəti iflic oldu. Vətəndaşların evlərini su basdı, küçələrdə çölə çıxmaq mümkün olmadı. Bəs görəsən, bundan sonrakı, hava şəraitinə uyğun aidiyyatı qurumlar tədbilər görürlərmi? Son vəziyyət necədir?
“Azəravtoyol” QSC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İnterpress.az-a bilidirib ki, daim ərazi üzrə iş başında olub, yollara baxış keçirirlər . Hardasa problem varsa, aradan qaldırılır. Dağlıq yollarda qum-duz qarışığı enişli yoxuşlu yolların kənarlarına topalnıb. Su borularının, keçidlərinin giriş-çıxışları , küvetlər təmizlənir. yol elementləri, yol nişanları təmizlənir. Hələ ki, elə bir ciddi problem yaşanmayıb”.
Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə rayonlarda və paytaxt Bakıda subasma halları barədə məlumat daxil olmadığını bildirib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirir ki, payız mövsümündə əsas kollektorlar, kanalizasiya xətləri və yağış barmaqlıqlarında daimi təmizləmə və yuma işləri aparılır. Xüsusi Almaniya istehaslı olan maşınlarımız var ki, təmizlik işləri aparırlar. Dünən axşam şəhərin mərkəzində Nizami, BülBül küçələrində əməkdaşlarımız həmin o xətlərin yuyulması prosesini aparırlar. Regionlarda isə elə ciddi problem olmur”
Gülşanə Mustafayeva
İnterpress.az