İnterpress.az “Posta”ya istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu Heydər Əl İbadiyə bu sözləri sərf edib: “Sən madam ki, bu qədər güclüsən, bəs niyə PKK illərdir sənin torpaqlarını işğal edir? Bir terror təşkilatına qarşı mübarizə apara bilmirsəm, zəifsən, hələ bir də qoçuluq etmək istəyirsən”.
Nazir jurnalistlərə bildirib ki, İbadi hər zaman qıcıqlandırıcı açıqlamalar verir. Çavuşoğlu deyib ki, İraq höküməti həmişə pis niyyətli düşünür, biz sadəcə yardım edirik.
İnterpress.az