“Ukrayna siyasətçiləri vampirlər kimi işıqdan qorxurlar…”backend

“Ukrayna siyasətçiləri vampirlər kimi işıqdan qorxurlar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qazeta Ru” ya istinadən xəbər verir ki, bunu Krım parlamentinin sədri Vladimir Konstantinov bildirib.
“Ukrayna bizim hüquqlarımızı məhv etmək üçün bir yola çıxıb. Bu yolda ardıcıllıqlar bir-birini əvəz edir – ilk növbədə respublikanın və rusdilli əhalinin hüquqlarına qarşı bir hücum. Buna görə, Krım referendumunu məntiqli hesab edirəm. Ukrayna siyasətçiləri vampirlər kimi işıqdan qorxurdular, “referendum” sözündən çəkinirdilər, onlar referendumdan bir alov kimi qorxurdular, çünki nəticələr bəlli idi”- deyə Konstantinov bildirib.
Xatırladaq ki, Konstantinov bir vaxtlar Ukraynada referendum keçirilməsinin vacibliyi bildirmişdi, onun dediklərinə görə referendum ölkənin yeni sərhədlərini möhkəmləndirəcək, həmçinin Krımın statusunu müəyyənləşdirəcək.

İnterpress.az