İnterpress.az xəbər verir ki, @POTUS hesabının rəsmən yeni prezidentə verilməsi 2017-ci il yanvarın 20-da baş tutacaq. Həmin gündən səhifə 45-ci prezidentin adından məlumatlar yayacaq.
Obamanın adından yazılan bütün tvitlər isə keçmiş prezidentin @POTUS44 ünvanlı rəsmi mikrobloquna köçürüləcək.
Qeyd edək ki, Obama – ABŞ-ın sosial şəbəkələrdən aktiv istifadə edən ilk prezidentidir. O, Twitter-də statuslar yazır, Facebook və YouTube-da canlı yayımlar təşkil edərək, suallara cavab verir. (azvision.az)
İnterpress.az