Məhkum damarlarını doğradıbackend

Məhkum damarlarını doğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Az\”-a Səbail Rayon Polis İdarəsindən bildiriblər.

Noyabrın 1-dən 2-nə keçən gecə Səbail Rayon Polis İdarəsinin təcridxanasında 1989-cu il təvəllüdlü Əkbərov Novruz Əlimərdan oğlu dəmir parçası ilə damarlarını kəsib.

Xoşbəxtlikdən polis əməkdaşları saxlanılan şəxsin niyyətini anlayıblar və dərhal həkim çağırıblar.
Məhkuma tibbi yardım göstərilib. O, Səbail rayon ərazisində qarət və soyğunçuluqda ittiham edilib.

İnterpress.az