Sabah hava necə olacaq?backend

Sabah hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxt və yarımadada mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 11-15 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 4-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 5-də mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8,gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

İnterpress.az