İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, iki il əvvəl 14 yaşında Josefine ilə 47 yaşında olan dayısı Gerritlə yaşadığı eşq hekayəsi ortaya çıxıb. Ailəsi qızlarının dayısı ilə görüşməsinə icazə verməyib.
Qız isə 16 yaşına çatanda ailəsini məhkəməyə verib.
Qızın müraciətini nəzərdən keçirən məhkəmə ailənin qızlarının özündən 30 yaş böyük dayısı ilə birlikdə olma istəyini qəbul etmək vəziyyətində olduğunu bildirərək, qızın dayısıyla görüşməsinin qadağan edilməsi tələbini rədd edib.
Əlaqəyə qadağa qoyulmasının qızın sağlamlığında problem yarada biləcəyini qeyd edən hakim, \”Qızın istəyi gözardı edilə bilməz”-deyə qərar verib.
Məhkəmənin qərarında psixoloqların qızın sağlam olması və nə istədiyini bilməsi istiqamətində verdiyi hesabatının təsirli olduğu vurğulanıb.
Qeyd olunur ki, Josefine 2015-ci ilin mart ayından dayısıyla birlikdə qaçmış, ailəsinin tələbi əsasən, beynəlxalq axtarış nəticəsində, cütlüyün Cənubi Fransada tətildə olduqları məlum olmuşdu.
İnterpress.az