İnterpress.az xəbər verir ki, bu barədə Erik Tramp “Fox News”-a açıqlamasında bildirib.
“Bu, inanılmaz faktdır. Ölkəmizdə ona qarşı araşdırmaların aparıldığı və hətta cinayət işinin qaldırıla biləcəyi prezidentliyə namizəd var”, – deyə Trampım oğlu qeyd edib.
O vurğulayıb ki, ABŞ cəmiyyətinə belə maneələr lazım deyil, çünki ölkə daxilində işsizlik problemi, səhiyyə, təhsil sistemində problemlər, eləcə də orduda ciddi nöqsanlar var.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərin noyabrın 8-də keçiriləcək. Prezidentlik uğrunda Donald Tramp və Hillari Klinton mübarizə aparır.
İnterpress.az