Müraciətdə bildirilir: \”Kəndimiz 1992-ci ildə ermənilər tərəfindən yandırılıb.
Biz rayonumuzu tərk etməyib 14 il Novosaratovka kəndi ərazisində vaqonlarda yaşamışıq.
Dövlət tərəfindən kəndi bərpa etmək üçün vəsait ayrıldı. Evləri yaşayış səviyyəsindən aşağı səviyyədə düzəltsələr də biz 2006-cı cı ildə kəndə qayıtdıq.
Bütün çətənliklərə dözərək yenidən Mutudərədə məskunlaşsaq da, bəzi ailələr dolana bilmədiyi üçün kəndi tərk etmək məcburiyyətində qaldı.
Biz isə hələ də burada yaşayırıq. Hazırda əziyyət çəkirik, qaranlıqda qalmışıq.
Dövlətin kənddə quraşdırdığı transformatoru təmir etmək adı ilə aparıb yerinə daha zəifini qoydular. O da 1 aydır yanıb, kənd ışıqsız qalıb.
Dəfələrlə əlaqədar orqanlara müraciət etsək də baxan olmayıb.
İşıq, qaz, yanacaq olmadığından meyvə ağaclarını yandırırıq.
Odunun maşını 400 manatadır, o da tapa bilsək…
Hazırda kəndə təxminən 80-85 sm qar yağıb. Yollar təmirsiz və bərbad olduğundan kəndin ətrafla əlaqələri kəsilib.
Xahiş edirik bizə kömək üçün lazımı təşkilatlara göstəriş verəsiniz\”.
Dərin hörmət və ehtiramla, Mutudərə kənd sakinləri
İnterpress.az