İnterpress.az-ın əməkdaşının verdiyi xəbərə görə, tüstü iyindən sərnişinlər narahat olub.
İnterpress.az -a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, \”Avtovağzal\” stansiyasında heç bir yanğın hadisəsi qeydə alınmayıb:
\”Sözü gedən stansiyada yanğının olub-olmaması ilə bağlı metropoliten əməkdaşları ilə əlaqə saxlanılıb. Onlar bildiriblər ki, sənişlər tərəfindən siqaret çəkilib stansiyanın keçidinə atıldığı üçün stansiyanı tüstü iyi bürüyüb, nəticədə sərnişinlər narahat olublar\”, – deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az