Səlahəddin Dəmirtaş və 10 deputat həbs olundubackend

Səlahəddin Dəmirtaş və 10 deputat həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Hürriyət\”ə istinadən xəbər verir ki, Türkiyədə Səlahəddin Dəmirtaş, Figən Yüksəkdağ və digər 9 millət vəkili həbs olunub.

Həmsədrlərlə yanaşı Şırnak millət vəkili Ferhat Encü, Leyla Birlik, Hakkari millət vəkilləri Selma Irmak, Abdullah Zeydan, Diyarbakır millət vəkilləri İdris Baluken, Nursel Aydoğan, Ziya Pir, Ankara millət vəkili Sırrı Süreyya Önder ilə Mardin millətvəkili Gülser Yıldırım barəsindəki saxlanma qərarı da icra olunub.

Barəsində saxlanma qərarı olan HDP Şırnak millət vəkili Faysal Sarıyıldız və Van millət vəkili Tuğba Hezer Öztürkün xaricdə olduğu müəyyənləşdirilib. Eyni zamanda olan Diyarbakır millət vəkili İmam Taşçıer və Hakkari millət vəkili Nihat Akdoğan ilə bağlı prosesin davam etdiyi bildirilib.

İnterpress.az