İnterpress.az xəbər verir ki, Tramp Şimali Karolina ştatındakı çıxışında prezident seçiləcəyi halda ABŞ-ın başqa ölkələrdə hakimiyyətləri devirmək praktikasına son qoyacağını deyib. Onun sözlərinə görə, ABŞ silahlı qüvvələrindən xaricdə istifadə ancaq o zaman baş verəcək ki, bu, ölkənin milli təhlükəsizlik maraqları baxımından vacib olsun.
“Biz xaricdə demokratiya qurmağa, rejimləri devirməyə və düşüncəsizcəsinə müdaxiləyə cəhd etməyəcəyik. Bunun əvəzində Amerikanın təhlükəsiziyinə diqqəti ayırmaq, İŞİD-i məhv etmək və radikal islamçı terror üzərində qələbə qazanmaq lazımdır”-Donald Tramp deyib.
İnterpress.az