“Jurnalistlər dərhal buraxılsın”backend

“Jurnalistlər dərhal buraxılsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”-ya istinadən xəbər verir ki, qəzət redaksiyasının önündə “Cumhuriyyət növbəsi” adı altında dəstək aksiyaları davam edir.
Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun (IPI) başçısı Jon Yearvod, “Cumhuriyyət” qəzətinin işçilərini ziyarət edib. O, çıxışında bu sözləri bildirib:
\”Türkiyədə mətbuat azadlığına qarşı bir çox pozuntu gördük. Türkiyə hökumətinə 2 çağırışımız var. Birincisi, nəzarətdəki jurnalistlərlə insan kimi rəftar edilməli, ikincisi də dərhal onları azadlığa buraxmalıdır. 140 ölkədəki üzvlərimizi səfərbər etdik. Dünya mediasında Cumhuriyyətin səsinin duyurulmasını təmin etdik, bundan sonra da təmin edəcəyik. Yalnız deyilsiniz, bunu göstərmək üçün buraya gəlmək istədim”.
Qeyd olunur ki, Yearvod, Baş nazirlik, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi ilə təcili olaraq görüşmək istədiyini də əlavə edib.

İnterpress.az