Bu günlərim Azərbaycanda daşı atırsan ya hacıya, ya da ki, hacı xanıma dəyir. Onlarda statuslarından istifadə edib öz kafalarına görə, dinimizdə olmayan müxtəlif təşəbbüslərlə çıxış etməkdən başa bir işə yaramırlar. Növbəti belə bir \”ideya\” lı hacı isə “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüldür. Cəmiyyət Sədri tövbə etməyə gələnlərin cəzasını şallaqlamaqla verir. Çox absurd və heç bir məntiqi açıqlaması olmayan məsələdir. Bu \”hacı\”larımız İslam dininin əziyyəti, zilləti, işgəncəni sevmədiyini unudurlar. Ya unudublar, ya da ki, bixəbərdilər. Məgər tövbə etmək üçün “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüləmi müraciət etmək lazımdır? Ya tövbəmizin qəbul olunması üçün mütləq şallaqlanmalıyıqmı? Səhvini və ya günahını bilən insan Allahından bağışlanmasını diləyib tövbə edərsə qəbul olunmazımı? Nə isə… Bu suallarınımız sayı getdikcə çoxalacaq. İnterpress.az mövzu ilə bağlı ilahiyyatçı Elşad Miriyə müraciət edib ki, doğrunu bilək.
Elşad Miri bildirir ki, İslam dinində tövbə etmək üçün xüsusi hər hansısa ayin yoxdur. Bir insanın etdiyi işdən peşman olub, bunu bir daha təkrarlamamaq üçün etdiyi hərəkət özünə və Allahına verdiyi sözdür. Daha dəqiq desək tövbədir:
“Məhəmməd Peyğəmbərin dövründə spirtli içki qəbul edən bir adam haqqında gəlib deyirlər ki, onu cəzalandırsınlar. Amma Peyğəmbər deyir ki, ona toxunmayın. Bu şəxs Allahını və peyğəmbərini çox istəyir. Bu söhbəti eşidən həmin şəxs bundan sonra spirtli içkidən imtina edir və tövbəli olur. Bu da o insanın öz tövbəsidir. Yəni Peyğəmbər belə ritual vəsair həyata keçirməyib. Kim bunu hansı formada edirsə bu onun öz işidir. Unutmayaq ki, Qurani – Kərimdə belə bir fikir var ki, Allahla aldadanlar. Məsələyə bir də bu tərəfdən yanaşmaq lazımdır\”,- deyə fikirlərini yekunlaşdırıb.
Gülşanə Mustafayeva
İnterpress.az