İnterpress.az xəbər verir ki, “Layihənin həyata keçirilməsində əsas məqsədimiz məktəblilərə ictimai nəqliyyatdan, “BakuBus” avtobslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətməklə yanaşı, eyni zamanda onlara nümunəvi, ictimai fəal sərnişin kefiyyətlərini aşılamaqdır”.
Əvvəlcə şagirdlərə Sürücü Təlim Mərkəzində təlimatçı-müəllimlər tərəfindən ictmai nəqliyyat vasitələri haqqında ətraflı məlumtlar verilmiş, onlara əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunmuşdur.
Daha sonra şagird və müəllimlər “BakuBus” avtobusları ilə Dövlət Bayrağı Meydanı istiqamətində yola düşmüşlər. Avtobusda şagirdlərə ictimai nəqliyyatdan, istifadə qaydaları ilə yanaşı , digər yol hərəkəti qaydaları, yol nişanları, piada keçidləri v.s. haqqında geniş məlumatlar verilmişdir. Yol boyu avtobusun keçdiyi şəhərimizin tarixi memarlıq abidələri ilə bağlı şagirdlər məlumatlandırmış və onlara milli-mənəvi dəyərlərimiz, ictimai nəqliyyatda etik davranış qaydaları haqqında bilgilər çatdırmışlar. Dövlət Bayrağı Meydanı ilə yaxından tanış olan şagirdlər Azərbaycan bayrağına həsr olunmuş şerlər səslədirmiş və xatirə şəkilləri çəkdirçmişlər.
Sonda tədbirdə iştirak etmiş məktəblilərə hədiyyələr təqdim olunmuş və onlara təəssüratları ilə bağlı inşa işi yazıb “BakuBus”un elektron ünvanına göndərərmələri tövsiyyə olunmuşdur. Bu yazılardan üç ən yaxşı inşa işinin seçilərək müəllifinə xüsusi mükafatların təqdim olunacağı bildirilmişdir.
Qeyd edək ki, gələcəkdə Bakı şəhərinin digər məktəblərini də əhatə edəcək “BakuBus”un “Gələcəyin sərnişinləri” adlı layihəsi mütəmadi xarakter daşıyacaq.
İnterpress.az