Xarici KİV- nin verdiyi xəbərə görə, polisin məlumatına görə 43 min, təşkilatçıların məlumatına görə isə 100 minə yaxın adam korrupsiya qalmaqalına görə ölkə prezidenti Pak Kın Henin istefası tələbi ilə nümayiş keçirir.
Mitinq və yürüş zamanı asayişi 20 minə yaxın polis qoruyur. Onlara təxribatlardan yayınmaqla bağlı ciddi təlimat verilib.
Bununla belə, polis toqquşma olacağını istisna etmir.
Etirazçıların bir qismi prezident sarayı istiqamətində polis kordonlarını yarmağa çalışır.
Cümə günü açıqlanan məlumatlara görə, prezidentin reytinqi rekord səviyyədə aşağı – 5%-ə düşüb.(modern)
İnterpress.az