Bu barədə “Əs-Sumariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
“Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və 4 yüksək rütbəli komandir milyonlarla dolları oğurlayaraq qaçıblar”, – deyə mənbə bildirib.
Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib.
Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər. ( apa )
İnterpress.az