ABŞ Baş Qərargah rəisi Türkiyədəbackend

ABŞ Baş Qərargah rəisi Türkiyədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dunford paytaxt Ankarada həmkarı Hulusi Akarla görüşəcək.

Qeyd edək ki, J. Dunfordun səfərinin Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə Suriya Demokratik Güclərinin (SDG) hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına əsasını PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edən SDG qatılarsa, Rakka əməliyyatında iştirak etməyəcək. ABŞ isə Suriyada müxalif Azad Suriya Ordusu ilə “Fərat qalxanı” əməliyyatı həyata keçirən Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır. (apa)

İnterpress.az