Maşın bazarında  qiymət qalxır – VİDEObackend

Maşın bazarında qiymət qalxır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, Rusiya istehsalı olan avtomobillərə tələbat artıb. Bəzi bölgələrdə isə durğunluq yaşanır.

Bərdədə yerləşən maşın bazarında alıcılar əsasən, Rusiya istehsalı olan və qiyməti 3-5 min manat arasında dəyişən avtomobillərə üstünlük verirlər. Həm satıcılar, həm də alıcılar bu maşınların daha sərfəli olduğunu deyirlər. Satıcılar son günlərdə avtomobillərin qiymətində artım olduğunu da bildiriblər.

Gəncədəki bazarda isə durğunluq yaşanır. Lakin burada da daha çox Rusiya istehsalı olan avtomobillər satılır.

Satıcılar qiymətlərin dəyişmədiyini, lakin müştəri tapmaqda da çətinlik çəkdiklərini deyirlər. Alıcılar isə əksini iddia edir.

İnterpress.az