Şahbaz Xuduoğlunun ofisindən oğurluq edən şəxslər tutulubbackend

Şahbaz Xuduoğlunun ofisindən oğurluq edən şəxslər tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində saxlanılan dəstə üzvləri – Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri – əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri – Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimovdur.

Onlardan heroin və tiryək aşkar edilərək götürülüb.

Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus \”Nəşriyyat evi\”ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da \”Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib.
Qeyd edək ki, Vüqar Səlimov \”Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışır.

İnterpress.az