“Qərar olmadan informasiya almamağa limit qoyula bilməz”backend

“Qərar olmadan informasiya almamağa limit qoyula bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Türkiyədə Facebook, WhatsApp, İnstagram, Twitter və YouTube qadağan olunmasından danışarkən media üzrə ekspert Ələsgər Əhmədoğlu bildirib. Sosial şəbəkələrə girmək üçün Türkiyədə xüsusi metodlarla internetin sürəti azaldılıb:

“Məhkəmə qərarı olmadan Türkiyə qanunvericiliyinə görə, sosial şəbəkəyə qadağa qoyula bilməz. Təbii ki, bu qanunsuzdur. Müəyyən sturukturlar vətəndaşın informasiya alması limitinə bu formada məhdudiyyət qoya bilməz. Amma bilirsiz ki, Türkiyyə iyul ayının 15-dən etibarən fövqaladə vəziyyət rejimi yaşayır. İnternetin sürətinin azaldılması isə yalnız təhlükəsizlik məqəsdi daşıyır”.

Qeyd edək ki, Türkiyədə Facebook, WhatsApp, İnstagram, Twitter və YouTube noyabrın 4-ü yerli vaxtla 01:20-dən etibarən qadağan olunub. Daha sonra isə sözü gedən sosial şəbəkələrin girişi bərpa olunub.

Gülşanə Mustafayeva
İnterpress.az