Moskva şəhəri üzrə baş polis idarəsinin əməliyyatçıları killerin təyyarədə olduğunu dəqiqləşdirdikdən sonra reys Domodedovo aeroportuna geri qaytarılıb.
“Saxlanılan şəxs Dağıstan sakinidir. Moskvann cənub-qərbində, “Belyayevo” ticarət mərkəzinin avtoparkında qətl törədib. Biznesmeni güllələdikdən dərhal sonra Moskvadan Azərbaycana bilet alıb və artıq təyyarəyə oturmağa imkan tapıb. Əməliyyatçılar killeri yaxalamaq üçün təyyarəni aeroporta geri qaytarmalı olublar”-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Əməliyyatçılar təyyarənin geri qaytarılmasını onunla izah ediblər ki, killeri Azərbaycan ərazisində həbs etmək mümkün olmaya bilərdi.
Qətl hadisəsi noyabrın 6-da axşam Mikluxo-Maklay küçəsində baş verib. Naməlum şəxs 33 yaşlı biznesmeni güllələyib. Onun kimliyi açıqlanmır. Biznesmenin cəsədi ona məxsus “Ford Mondeo” avtomobilinin yanında aşkar edilib. Qatili yaxalamaq üçün Moskva polisi əməliyyat başladıb. ( virtualaz.org )
İnterpress.az