Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bu gün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
“Mən istefa verməyə və mübarizəmin yeni mərhələsinə başlamağa qərar verdim”-deyə o, jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.
Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın Prezidenti olub. O, səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış ölkəsini tərk edib, bir müddət ABŞ-da, daha sonra Ukraynada yaşayıb. 2015-ci ildə Mixail Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edərək Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. ( aznews.az )
İnterpress.az