İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu haqda ölkənin əhalinin və miqrasiyanın qeydiyyatı idarəsi məlumat yayıb.
Müqayisə üçün bildirilib ki, Gürcüstandan analoji məsələ ilə bağlı 2015-ci ildə 500 nəfərə yaxın, 2013-cü ildə isə 4 nəfər müraciət edib.
Məlumata görə, hazırda Gürcüstanla İsrail arasında viza rejimi mövcud deyil. İdarədən bildirilib ki, Gürcüstandan İsrailə gedən turistlərin və qanunsuz yolla ölkədə qalmaq istəyənlərin sayında kəskin artım müşahidə olunur.
2016-cı ildə Gürcüstandan bu dövlətə 117 min turist səfər edib.
İnformasiyada qeyd edilib ki, Ukraynadan da İsrailə səfər edən turistlərin sayı artıb. Son ildə onların sayı 10 min 385 nəfər olub. Onların 3 min 69-u isə qaçqın statusu almaq üçün İsrail dövlətinə müraciət edib.
İnterpress.az