İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Moskvadakı hərbi-diplomatik mənbə məlumat verib.
\”Mosulun geri alınması üzrə quru əməliyyatlarının ilk iki həftəsi ərzində 16 Amerika hərbçisi ölüb, 27-si yaralanıb. Ölüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb\”, – deyə mənbə bildirib.
Mənbə, həmçinin qeyd edib ki, hərbçilərdən ikisi ABŞ-ın \”B-52H\” təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.
İnterpress.az