İnterpress.az “Haberler.com”a istinadən xəbər verir ki, İstanbulun Maltepe qəsəbəsində 2,5 yaşında bacısı ilə evdə tək qalan 1,5 yaşında körpənin gecə vaxtı davamlı ağladığına görə qonşuları qapını döyməyə başlayıb.
Qonşular uşaqların anası (Emel 22) və atası (Hüseyn28) görmədikləri üçün nənələrini köməyə çağırıblar.
Qapını qırıb içəri girən nənə və qonşular, körpənin üzündə, bütün barmaqlarının arasında və cinsi orqanında siqaret söndürülmüş, biləkləri iplə bağlandığına görə qan içində qalmış, üzü gözü şişmiş halda görüblər. Ağlamaqdan ürəyi narahat olan körpəni xəstəxanaya çatdırıblar.
Prokuror, ana-atanı özünü müdafiə edə bilməyəcək vəziyyətdə olan uşağa əziyyət verməkdə ittiham edərək nəzarəta alıb. Haqlarında 16 il həbs istənilən ana və ata, dəlillərin kifayət qədər olmadığından məhkəmə nəzarət şərti ilə sərbəst buraxılıb. Prokurorluğun qərarı ilə iki kiçik uşaq, Uşaq Mühafizə Təşkilatına yerləşdirilib.
Anadolu Əslə Cəza Məhkəməsində ötən gün keçirilən məhkəmə zamanı ana, uşaqların işgəncə görmüş fotoşəkillərinə baxaraq bunları söyləyib: – \”Fotoşəkillərini göstərdiyiniz mənim uşaqlarımdı. Ancaq mən şəkillərdə görülən yanma və xəsarət izlərini polis bölməsində gördüm. Uşaqları öz anama əmanət etmişdim. Ancaq harada və necə olduğunu bilmirəm. Mən bir şey etməmişəm\”.
Ata isə deyib: \”Mən, gecə çalışıram. Həyat yoldaşım də gecələri uşaqları tək qoyub yoldaşlarıyla gəzməyə çıxıb. Oğlumun üzərində kim siqaret söndürüb, əllərini iplə kim bağlayıb, üzərinə kim qaynar su töküb, bilmirəm”.
İnterpress.az