Barmaq kəsərək başlayan eşq güllə ilə bitdibackend

Barmaq kəsərək başlayan eşq güllə ilə bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpreess.az “Haberler.com”-a istinadən xəbər verir ki, Zonguldakda Ümumi Mədən İşçiləri həmkarlar birliyinin (GMİS) baş katibi olan Haqqı A-yı silahla vuran Hülya.A bildirib: \”Mənim üçün barmağını belə kəsən adam həyatımı cəhənnəmə çevirdi. Şiddət gördüm. Yoldaşlarıyla əlaqəyə girməyimi istədi. Özümü itirdim, istəmədən vurdum\”.
Hadisə İstanbulun Karaelmas bölgəsində baş verib. İddiaya görə ər-arvad arasında hər gün mübahisələr yaşanırmış. Hülya yaşadıqlarını belə ifadə edib: \”Hər axşam yoluma çıxırdı. Mənə sevgisini isbat etmək üçün barmağını kəsib uçurumdan atmışdı. Bu hadisədən sonra onunla evlənməyə razı oldum. Nikahdan 5 gün sonra şiddət başladı. Kaş ki ac qalaydım amma bu adamla evlənməzdim. Zərbələr, şiddət, söyüş, təhqirlər. Bədənimdə dəfələrlə siqaret söndürürdü. Narkotik dərmanlar, otlar qəbul edib məni hər gün döyürdü. Qrup şəklində seks təklif edirdi. Günlərcə ağlayırdım. Həmin gün məni dostları ilə tanış edəcəyini söylədi. İçkili idi. Mən etiraz etdim. Məni döyməyə başladı. İçməyimi istədi, mən yatmaq istədiyimi bildirdim. Anamı, atamı söyməyə başladı. Sürüyərək məni yataq otağına gətirdi və silahla təhdid etdi. Mübahisə zamanı silahı əlindən aldım və atəş açdım\”.
Haqqı.A açıqlama verməkdən imtina edib.

İnterpress.az